Xəzər dənizində zəlzələ olub.
Primetime.az xəbər verir ki, Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 19:12-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,1, dərinliyi 62 km olub.