Burada sizin reklamınız ola bilər

Azərbaycan poeziyası Venesuela mətbuatında
13 İyun 2020 , 11:51

Azərbaycan poeziyası Venesuela mətbuatında


Venesuelanın nüfuzlu “Papel Literario” qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb. 

 

Primetime.az xəbər verir ki, Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Musa Yaqub  kimi tanınmış Azərbaycan şairlərinin ispan dilinə tərcümə edilmiş şeirləri qəzetin “Dünya ədəbiyyatı” səhifəsində işıqlandırılıb. Buraxılışın elektron versiyası sosial şəbəkələr və elektron poçt vasitəsilə Kolumbiya, Peru, Uruqvay kimi ispandilli ölkələrdə geniş yayınlanıb.

 

Keçid linki:

https://www.elnacional.com/papel-literario/cinco-poetas-de-azerbaiyan/

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR