Burada sizin reklamınız ola bilər

Xalq rəssamı vəfat etdi
18 İyun 2020 , 00:30

Xalq rəssamı vəfat etdi


Xalq rəssamı Mayis Ağabəyov iyunun 17-də 79 yaşında vəfat edib.

 

Primetime.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olub. Xalq rəssamı əsasən kino və geyim rəssamlığı sahəsində tanınıb, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaradıb. “Nizami”, “Nəsimi”, “Babək” və digər kimi 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olub. O, 2000-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR