Burada sizin reklamınız ola bilər


25 İyun 2020 , 15:32

"Sabah" növbəti transferini rəsmiləşdirdi


Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

 

Primetime.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq "Keşlə"də çıxış edən müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarının formasını geyinib. 

 

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR