Burada sizin reklamınız ola bilər

Fatehin portreti hərracda rekord qiymətə satıldı
25 İyun 2020 , 22:17

Fatehin portreti hərracda rekord qiymətə satıldı


Fateh Sultan Məhmətin portreti Londonun hərrac evində Kristi auksionunda 1 milyon 775 min manata satılıb. 


Primetime.az xəbər verir ki, italyan rəssam Bellininin şagirdlərindən birinin çəkdiyi güman edilən portretdə hər hansısa bir imza yoxdur. Portretdə diqqət çəkən məqam, Sultan Məhmətin yanında olan ikinci saqqalsız, lakin sultan qiyafəsində olan obrazdır. Bu obrazın kim olduğu bilinmir. Onun Fatehin 3 oğlundan biri və ya avropalı bir diplomat olduğu düşünülür. 


15-ci əsrin ikinci yarısında hazırlanan bu portret Fatehin yaşadığı dövrdə hazırlanan 3 portretdən biridir. Bu portretlərdən biri Bellininin imzasını daşıyır və Londonun Beynəlxalq Qalereyasının kolleksiyasında yer alır. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR