Burada sizin reklamınız ola bilər

Dünya çempionatının vaxtı dəyişdirildi
26 İyun 2020 , 20:28

Dünya çempionatının vaxtı dəyişdirildi - FOTO


Boks üzrə gənclər arasında dünya çempionatı təxirə salınıb.

 

Primetime.az xəbər verir ki, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) bu il 2-9 noyabr tarixlərində Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.

 

Buna koronavirus pandemiyası səbəb olub. Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın 10-24 aprel tarixlərində təşkil olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-ci il 1 yanvardan 2003-cü il dekabrın 31-dək doğulmuş boksçular qüvvəsini sınayacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR