Bakıda zəncirvari yol qəzası baş verib.
Primetime.az-ın məlumatına görə, hadisə bu gün Maştağa qəsəbəsində olub.
Belə ki, “VAZ 21011” markalı avtomobil dönmə əməliyyatı edən zaman qoşa xətti tapdalayıb və “VAZ 2107”, o cümlədən “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Həmçinin sürücülərdən biri xəsarət alıb.
Hadisənin fotolarını təqdim edirik.
Günay Rəsulqızı