Burada sizin reklamınız ola bilər

İsmayıllıda avtomobil aşıb, iki nəfər yaralanıb
27 İyun 2020 , 17:39

İsmayıllıda avtomobil aşıb, iki nəfər yaralanıb


İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az apa-ya istinadən xəbər verir ki, rayonun Yeniyol kəndi ərazisində hərəkətdə olan 31-BA-008 dövlət nömrə nişanlı "VAZ 21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü, İsmayıllı sakini, 1993-cü il təvəllüdlü Cəfərli Elçin Nizami oğlu və sərnişini, Bakı sakini, 2001-ci il təvəllüdlü Ələkbərli Zeynəb Ceyhun qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxasına çatdırılıblar.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR