Burada sizin reklamınız ola bilər

Bakıda intihara cəhdin qarşısı alındı
27 İyun 2020 , 19:56

Bakıda intihara cəhdin qarşısı alındı


Bakıda intihara cəhdin qarşısı alınıb.

 

Bu barədə Primetime.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR