Burada sizin reklamınız ola bilər


29 İyun 2020 , 14:11

"Zirə"dən ayrılacaq futbolçuların adları bəlli oldu


"Zirə" klubundan ayrılacaq futbolçuların adı dəqiqləşib. 

 

Primetime.az-ın məlumatına görə, qəsəbə təmsilçisi rumıniyalı müdafiəçi Adrian Skarlatake ilə yollarını ayıracaq. Buna səbəb rumıniyalı müdafiəçinin 34 yaşının olmasıdır. 

 

"Zirə" fransalı legioner Şafiq Tiqrudja, serbiyalı müdafiəçi Yovan Krneta, perulu müdafiəçi Alvaro Ampuero və monteneqrolu müdafiəçi Miloş Bakraçın da müqaviləsini yeniləmək istəmir. 

 

Qapıçı Orxan Sadıqlı da baş məşqçi Zaur Həşimovun planlarına daxil deyil. 

 

Qeyd edək ki, "Zirə" ilk olaraq Anastasios Papazoğlu ilə yollarını ayırmışdı. Bununla da paytaxt klubu ilə vidalaşan futbolçuların sayı 7-ə çatıb. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR