Burada sizin reklamınız ola bilər


29 İyun 2020 , 14:41

"Keşlə" daha 5 futbolçu ilə vidalaşdı


"Keşlə" klubu daha 5 futbolçusu ilə yollarını ayırıb. 

 

Klubun Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, paytaxt təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb. 

 

"Keşlə" əcnəbilərdən paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib. 

 

Qeyd edək ki, "Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə cəlb edib, Cabir Əmirli, Ruslan Qurbanov və Slavik Alxasovla vidalaşıb.

 

Paytaxt klubu Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç, Con Kamara, Rəşad Əzizli və İlkin Qırtımovla müqaviləni yeniləyib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR