Burada sizin reklamınız ola bilər

Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb
29 İyun 2020 , 15:12

Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb


Ötən həftə ərzində (22-26 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,69 ABŞ dolları və ya 1,64% artıb.

 

Primetime.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 42,88 dollara bərabər olub.

 

Həftə ərzində ən yüksək göstərici – 44,72 dollar təşkil edib, ən minimal göstərici isə 41,57 dollar səviyyəsində olub.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR