Burada sizin reklamınız ola bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərinin sayını 6% artırıb
29 İyun 2020 , 16:37

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərinin sayını 6% artırıb


2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) orta hesabla 14 208 nəfər işçi çalışıb.

 

Primetime.az quruma istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 6,2% çoxdur.

 

Ötən il işçilərə hesablanmış əmək haqqı əvvəlki ilə nisbətən 17,1% artaraq 7 milyon manat, əmək haqqından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ayırmalar isə 10,6% artaraq 17,7 milyon manat təşkil edib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR