Burada sizin reklamınız ola bilər

Safura ailəsi ilə karantindən sonra belə istirahət etdi
29 İyun 2020 , 17:28

Safura ailəsi ilə karantindən sonra belə istirahət etdi - GÖRÜNTÜLƏR


“Eurovision” təmsilçilərimizdən olan Safura Əliyeva şəxsi İnstaqram hesabında yeni fotolar paylaşıb.

 

Primetime.az xəbər verir ki, keçmiş müğənni Türkiyədə koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin müddətinin yumşalmasından istifadə edərək, ailə ilə birlikdə istirahətə yollanıb. Safura tətil günlərinin əsasən dəniz kənarında övladları ilə birgə keçirib. O, vaxt aşırı sosial şəbəkədə yay əyləncəsindən fotolar da paylaşıb.

 

Qeyd edək ki, Safura Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənniliyi atıb və İstanbulda yaşayır. Onun İsgəndər, Ayişə və Natiq adlı üç övladı var.

 

 

 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR