Burada sizin reklamınız ola bilər

İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib
29 İyun 2020 , 17:05

İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

 

Nazirlikdən Primetime.az-a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

 

Hazırda 84 100 ailə (350 mindən çox ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur.

 

Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR