Burada sizin reklamınız ola bilər

Şüvəlan qəsəbə sakininin evinin həyətində çətənə bitkisi aşkarlandı
29 İyun 2020 , 17:22

Şüvəlan qəsəbə sakininin evinin həyətində çətənə bitkisi aşkarlandı


Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primetime.az-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Ə.Nuriyevin evinin həyətindən 17 çətənə bitkisi aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR