Burada sizin reklamınız ola bilər

Azərbaycan yığmasının oyunlarının vaxtı açıqlandı
29 İyun 2020 , 17:57

Azərbaycan yığmasının oyunlarının vaxtı açıqlandı


2021-ci ildə keçiriləcək kişilər və qadınlar arasında voleybol üzrə Avropa çempionatlarının koronavirus pandemiyası üzündən təxirə salınan seçmə oyunlarının tarixi müəyyənləşib.

 

Primetime.az-ın məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) seçmə mərhələnin turnirləri üçün ilkin vaxtları açıqlayıb.

 

Öncədən bu ilin avqust və sentyabr aylarına planlaşdırılan qarşılaşmalar 2021-ci ilin əvvəlində keçiriləcək. Qadınlardan ibarət Azərbaycan millisi birbaşa final mərhələsinə qatılacaq.

 

Seçmə oyunlarında isə yalnız kişi voleybolçularımız mübarizə aparacaq. Yığmamız F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla üz-üzə gələcək.

 

Bu qrupda 1-ci turnir, yəni I dövrə yanvarın 7-10-da Gürcüstanda təşkil olunacaq. Bir həftə sonra – ayın 14-17-də komandalar mübarizəni Monteneqroda davam etdirəcək.

 

Qeyd edək ki, seçmə mərhələ əvvəlki illərdə ev-səfər prinspi ilə keçirilirdi.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR