Burada sizin reklamınız ola bilər

İranda maska taxmaq məcburi oldu
29 İyun 2020 , 17:35

İranda maska taxmaq məcburi oldu


Koronavirusa yoluxanların sayının sürətlə artdığı İranda Kovid-19-a qarşı keçirilən tədbirlər çərçivəsində maska taxmaq məcburiyyəti gətirilib.

 

Primetime.az xəbər verir ki, bu barədə ölkə prezidenti Həsən Ruhani məlumat verib. Məlumatda 5 iyuldan etibarən insanların çox olduğu ərazilərdə maska taxmağın məcburi olacağı bildirilib. Verilən məlumata görə, bu 2 həftə davam edəcək.

 

Qeyd edək ki, İranda Kovid-19 nəticəsində ölənlərin sayı 10.670-ə, virusa yoluxanların sayı isə 225.205-ə çatıb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR