Burada sizin reklamınız ola bilər

Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarır
29 İyun 2020 , 17:51

Səhiyyə Nazirliyi təcili yardıma həkim axtarır


Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

 

Səhiyyə Nazirliyindən Primetime.az-a bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə hr@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.

 

Tələb olunan sənədlər:

 

Ərizə;

 

Şəxsiyyət vəsiqəsi;

 

Diplom;

 

İnternatura vəsiqəsi;

 

Sertifikat;

 

Əmək kitabçası.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR