Burada sizin reklamınız ola bilər

Oğurlanmasın deyə sobada gizlətdiyi pulları yanlışlıqla yandırıb kül etdi
29 İyun 2020 , 21:35

Oğurlanmasın deyə sobada gizlətdiyi pulları yanlışlıqla yandırıb kül etdi


Türkiyənin Çankırı şəhərində üzücü olay yaşanıb. 


Primetime.az xəbər verir ki, Gülşən Hayta adlı bir qadın yığdığı 15 min lirəni oğurlanmasın deyə evdəki sobanın içərisində gizlədib. Anası üşüdüyü üçün sobaya odun atıb yandıran Gülşən Hayta bir müddət sonra sobadan hələ də tüstü qalxdığını görüb. Bundan sonra pulları xatırlayan Gülşən Hayta pulları xilas etməyə çalışıb: "Pullar yadıma düşəndə ağlımı itirdim. Tez əlimi atdım ki, bəlkə qurtara bildim, amma olmadı. Əlim yandı, xalçam yandı". 


Gülşən bildirib ki, pulları insanların etdiyi yardımlarla yığıb: "Oğlum tibb fakültəsində oxuyur. Onun təhsli üçün yığmışdım. Anam fiziki qüsurludur, onun müalicəsini də nəzərdə tutmuşdum. Normal gəlir yerim də yoxdu. Camaatın verdiyi pulları yığırdım. Allah heç kimə göstərməsin". 

 

Qeyd edək ki, Gülşən Hayta 1 il öncə ərindən ayrılıb. Gecəqondu məhəlləsində yaşayır. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR