Burada sizin reklamınız ola bilər

Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi
29 İyun 2020 , 22:15

Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi


Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

 

Primetime.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

 

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

 

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

 

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR