Burada sizin reklamınız ola bilər

Bakıda və Gəncədə yanğın olub
30 İyun 2020 , 09:10

Bakıda və Gəncədə yanğın olub


Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib.

 

Primetime.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsı 35 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Digər məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında bir-birinə bitişik tikilən taxta konstruksiyalardan ibarət birmərtəbəli evlərdən ümumi sahəsi 90 m2 olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 28 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR