Burada sizin reklamınız ola bilər

Çin Uyğur Türkü qadınlarını zorla qısırlaşdırır
30 İyun 2020 , 10:41

Çin Uyğur Türkü qadınlarını zorla qısırlaşdırır


Uyğur Türk Müsəlmanlarını düşərgələrdə saxladığı üçün beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları tərəfindən tənqid edilən Çin idarə heyətinin müsəlmanların sayını azaltmaq üçün "kütləvi qısırlaşdırma" siyasətini həyata keçirdiyini irəli sürülüb.

 

Primetime.az xəbər verir ki, çinli akademik olan Edrian Zenz tərəfindən həyata keçirilən bir araşdırma qadınlara zorla abort etdirilərək qısırlaşdırıcı müdaxilələr edildiyini ortaya çıxarıb. Hesabatda əhali sayının son illərdə dramatik şəkildə azaldığı qeyd olunub. Tədqiqatın elan olunmasından sonra İngiltərə və Amerika parlamentarilərinin də daxil olduğu Parlamentlərarası Çin Alyansı BMT-yə səslənərək "Sincan bölgəsindəki vəziyyəti araşdırmaq üçün beynəlxalq müstəqil və qərəzsiz istintaqa başlamağı" tələb edib.

 

 

Pekin idarə heyəti isə "əsassız" olduğunu söylədiyi araşdırmanın doğru olmadığını bildirib.

 

Qeyd edək ki, Sincan bölgəsində yaşayan bir milyona yaxın Uyğur Türkü Müsəlman dövlətin təlim məqsədi daşıdığını söylədiyi düşərgələrdə saxlanılır.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR