Burada sizin reklamınız ola bilər

Mikayıl Cabbarov pandemiyanın iqtisadiyyatımıza təsirindən danışdı
30 İyun 2020 , 10:56

Mikayıl Cabbarov pandemiyanın iqtisadiyyatımıza təsirindən danışdı


Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir.

 

Primetime.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür:

 

"2019-cu il yanvarın birindən əmək müqavilələri ilə bağlı da islahatlar aparıldı. 2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyunda bu rəqəm 751 min 705 olub. Bu da o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR