Burada sizin reklamınız ola bilər

Nüşabənin əri əvvəl onun cangüdəni və sürücüsü olub?
30 İyun 2020 , 12:10

Nüşabənin əri əvvəl onun cangüdəni və sürücüsü olub? - VİDEO


Əməkdar artist Nüşabə Ələsgərli ATV telekanalında yayımlanan "7 canlı" proqramında qonaq olub. 

 

Primetime.az xəbər verir ki, həyat yoldaşından söz açan sənətçi onun bir vaxtlar cangüdəni və sürücüsü olduğunu bildirib:

 

"Rza Kanadaya getməyə hazırlaşırdı. Bir müddət mənim sürücüm və cangüdənim oldu. Getdi Kanadaya, sən demə, mənə aşiq olubmuş. Ayrılıq 6 ay çəkdi. Bir də gördüm qayıdıb, təəccübləndim. Gedəndə sevgisin demişdi. Cavab vermişdim ki, olmaz. Mənim də övladlarım var, o, subay idi, evlənməliydi, uşaqları olmalıydı.

 

Mən də anayam, istəyərəm oğlum subayla evlənsin, övladı olsun. Bunlar da məndə olmazdı. Bir ana öz oğlunu sevirsə, başqa övladı da sevməlidir. Mənə yaxşı olsun, bəsimdir, olmaz".  


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR