Burada sizin reklamınız ola bilər

Rusiyada koronavirusa yoluxanların sayı 647.849-a çatdı
30 İyun 2020 , 13:20

Rusiyada koronavirusa yoluxanların sayı 647.849-a çatdı


Rusiyada son 24 saatda 6.693 nəfər yeni tip koronavirusa yoluxub.

 

Primetime.az xəbər verir ki, beləliklə ölkədə Kovid-19 nəticəsində ölənlərin sayı 9.320-yə, virusa yoluxanların sayı isə 647.849-a yüksəlib. Verilən məlumata görə, son sutkada qeydə alınan rəqəm 2 ay ərzində görülən ən aşağı yoluxma sayıdır. 

 

Bundan başqa virusa yoluxanlardan 403.430 nəfər sağalaraq evə buraxılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR