Burada sizin reklamınız ola bilər

Ötən ay 21 milyon dollarlıq qızıl ixrac edilib
30 İyun 2020 , 13:39

Ötən ay 21 milyon dollarlıq qızıl ixrac edilib


2020-cu ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 49,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

 

Primetime.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında deyilir.

 

“İxrac İcmalı”nın may sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Fruit Store" MMC, "Sun Food" MMC, “STDC” MMC, "Aqrovest" MMC, "Global Trade Group" MMC və "Baku Steel Company".

 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “ASK şüşə” MMC. “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 19,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır.. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, ABŞ, Fransa, Malayziya və BƏƏ-dir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR