Burada sizin reklamınız ola bilər

Çində donuz qripinin yeni növü aşkarlanıb
30 İyun 2020 , 13:35

Çində donuz qripinin yeni növü aşkarlanıb


Koronavirusun ortaya çıxdığı Çində yeni bir donuz qripi növü aşkar edilib.

 

Primetime.az xəbər verir ki, mütəxəssislər yeni virusun epidemiyaya çevriləcəyi riskinin olduğunu irəli sürüb. "G4 EA H1N1" adı verilən qripin donuzlardan insanlara keçdiyi müəyyən edilib. Xəstəliyin insandan insana keçməsi ilə bağlı hələ ki bir məlumat əldə edilməyib. 

 

Prof. Dr. Kin-Çou Çanq yeni qripin donuz fermalarında görüldüyünü və buradakı insanlara yoluxduğunu söyləyib. Hazırda böyük bir təhlükə olmadığını dilə gətirən Çanq "Nəzarətimizi üstündə tutmalıyıq" deyib. 

 

Qeyd edək ki, "H1N1" olaraq adlandırılan donuz qripi ilk dəfə 2009-cu ilin aprel ayında Meksikada ortaya çıxıb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR