Burada sizin reklamınız ola bilər

Beş ayda Azərbaycanın ixracı 6,9 milyard dollar olub
30 İyun 2020 , 14:09

Beş ayda Azərbaycanın ixracı 6,9 milyard dollar olub


Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 6,9 milyard ABŞ dolları olub.

 

Primetime.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə isə 721 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz azalıb.

 

Cari ilin yanvar-may ayları ərzində Rusiyaya 271 milyon, Türkiyəyə 144,3 milyon, Gürcüstana 70,5 milyon, İsveçrəyə 71,5 milyon və Çinə 23,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 5 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 3,6 faiz, İsveçrəyə 26 faiz və Çinə 40,3 faiz artıb.

 

Yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (123,1 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 64,7 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (51 milyon dollar) üçüncü olub.

 

Ümumiyyətlə, bu ilin ilk 5 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 236,5 milyon, pambıq lifi ixracı 49,5 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 31,5 milyon, kimya sənayesi məhsullarının ixracı 34,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 19,5 milyon, pambıq ipliyi ixracı 9,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 5,7 milyon, şəkər ixracı 5,9 milyon dollar təşkil edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR