Burada sizin reklamınız ola bilər


30 İyun 2020 , 15:41

"6 aydır pul üzü görmürəm" : Faiq Ağayev - VİDEO


Xalq artisti Faiq Ağayev İTV telekanalında yayımlanan “Fatehin divanı” proqramında qonaq olub.

 

Primetime.az xəbər verir ki, sənətçi karantin dövründə qazancsız qalan sənətçilərdən söhbət açıb:

 

“Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, günə muzdlu çalışanlar, bizim sferaya bağlı olan insanlar- gül, paltar satışı ilə məşğul olanlar, restoran işçiləri, administratorlar, aşbazlar və kimlər... Onlar 4 aydır işləmirlər”.

 

Mən sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm. Təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq? Mən gileylənən insanlara heç nə deyə bilmərəm. Ümidvaram ki, bu bəla ilə mübarizə qələbə ilə nəticələnəcək”.


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR