Burada sizin reklamınız ola bilər

Arda Turan ikinci dəfə ata oldu
30 İyun 2020 , 14:12

Arda Turan ikinci dəfə ata oldu


Məşhur futbolçu Arda Turan və həyat yoldaşı Aslıhan Turan cütlüyünün ikinci övladı dünyaya gəlib.

 

Primetime.az xəbər verir ki, cütlük bu barədə sosial şəbəkə hesablarında məlumat verib. İkili paylaşımda dünyanı cənginə alan koronavirus səbəbi ilə uşağı ziyarətə gəlinməməsini xahiş edib.

 

Aslıhan Turanla birlikdə bir açıqlama verən Arda "dünyanın və ölkəmizin keçdiyi bu çətin günlərdə sağlam doğulan oğlumuza qovuşmağımızın xoşbəxtliyini yaşayırıq. Hər özəl günümüzdə birlikdə olduğumuz sizlərdən xahişimiz odur ki, doğuşdan sonra öncəliklə sizlərin sağlamlığı və daha sonra gigiyena qaydalarına riayət edilməsi adına Asil Aslan Turan ilə sağlam günlərdə tanış olun. Dualarınızın və sevginizin bizim yanımızda olacağına sonsuz inancımız ilə yaxşı günlərdə qovuşmağı arzu edirik" - deyə qeyd edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR