Burada sizin reklamınız ola bilər

Xaçmazda ağır yol qəzası
30 İyun 2020 , 14:26

Xaçmazda ağır yol qəzası - Ölən var


Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Primetime.az-a verilən məlumata görə, iyunun 29-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

 

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR