Burada sizin reklamınız ola bilər

Bakıda yanvar-apreldə orta aylıq əməkhaqqı 1 000 manatdan çox olub
30 İyun 2020 , 14:48

Bakıda yanvar-apreldə orta aylıq əməkhaqqı 1 000 manatdan çox olub


Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.

 

Primetime.az-ın quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 22,5% artaraq 1 004 manat təşkil edib.

 

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 1 022,9 manata bərabər olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR