Burada sizin reklamınız ola bilər

Dostuna köçmək üçün kömək etmək istədi, həyatının şokunu yaşadı
30 İyun 2020 , 14:34

Dostuna köçmək üçün kömək etmək istədi, həyatının şokunu yaşadı - FOTOLAR


ABŞ-da qəribə hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, Konnektikut əyalətindəki Quilford bölgəsindəki dostunun evdən köçməsinə kömək edən Kristofer Taun döşəmə qırıldığı üçün evin altında olan quyuya düşüb. Verilən məlumata görə, 6 metrlik quyu 1843-cü ildə inşa edilib. 

 

Yanğınsöndürmə əməkdaşları tərəfindən xilas edilən Taun açıqlamasında "bir çatlama səsi eşitdim və aşağı baxdım. Döşəmə ayaqlarımın altından yoxa çıxdı və düşdüm. Yanğınsöndürmə əməkdaşları inanılmaz dərəcədə profesional idi. Yaxşı iş gördülər və həyatımı xilas etdilər. Orada ölərdim ya yox bilmirəm, amma gedərək havasız qalırdım" - deyə qeyd edib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR