Burada sizin reklamınız ola bilər

Cənub qütbü Dünyanın digər yerlərinə nisbətən 3 dəfə tez isinir
30 İyun 2020 , 15:17

Cənub qütbü Dünyanın digər yerlərinə nisbətən 3 dəfə tez isinir


Yeni Zelandiyada aparılan bir araşdırmada cənub qütbünün Dünyanın geri qalanından 3 dəfə daha sürətli isindiyi ortaya çıxıb.

 

Primetime.az xəbər verir ki, elm adamları dünyanın ən cənub nöqtəsində rekord qıran yüksək hərarətlərin sera qazlarındakı artışlar və tropik bölgələrdəki iqlim dəyişkiliyindən qaynaqlandığını açıqlayıb. Araşdırmanın redaktoru Kayli Klem verdiyi açıqlamada "bu da qlobal istiləşmənin həqiqətən qlobal olduğunu və uzaq yerlərə doğru getdiyini göstərir" - deyə qeyd edib.

 

Mütəxəssislər digər tərəfdən Qərbi Sakit okeandakı daha yüksək okean istiliyinin illərdir cənubi Atlantikdəki Ueddel dənizi üzərindəki atmosfer təzyiqini aşağı saldığını kəşf edib. Bu vəziyyət isə isti hava axınını birbaşa cənub qütbünün üzərində artmasına səbəb olub və cənub qütbü istiliyinin 1989-cu ildən bəri 1.83 dərəcə yüksəlməsinə səbəb olub. 

 

Araşdırmaçılar simulyasiyalarda cənub qütbündə yarana biləcək 30 illik bütün əyilmələri hesablayıb. Müşahidə olunan 1.8 dərəcəlik isinmənin insan təsiri olmadan baş tutan bütün 30 illik əyilmələrin yüzdə 99.9-undan daha yüksək olduğunu bildirib. 


 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR