Burada sizin reklamınız ola bilər

Məşhur həkimdən koronavirusla bağlı müjdə
30 İyun 2020 , 16:29

Məşhur həkimdən koronavirusla bağlı müjdə


ABŞ-da yaşayan məşhur ürək cərrahı Dr. Mehmet Öz koronavirusla mübarizədə təsirli olan dərmanın tapıldığını açıqlayıb.

 

Primetime.az xəbər verir ki, Öz açıqlamasında "koronavirusun dərmanı olduğu bildirilən deksametazon ilə bağlı sizə mükəmməl bir xəbərim var, bunu sizinlə paylaşmaq istəyirəm. "Oxford" universiteti mütəxəssislərinin koronavirus müalicəsində təsirli olduğunu söylədiyi dərman ilə bağlı ÜST-dən açıqlama gəldi. Bu müalicə xüsusilə oksigen dəstəyi ya da tənəffüs cihazına ehtiyac duyan xəstələr arasındakı ölüm səviyyəsini azaldan ilk üsuldur, böyük bir irəliləyişdir" - deyə qeyd edib.

 

"Aparılan araşdırmada 2 min yoluxma faktı üzərində sınaqdan keçirilib və nəticələr bunu istifadə etməyən digər 4 min xəstə ilə müqayisə edildi" deyən Öz "dərmanın xəstəliyə qarşı çox önəmli təsiri ortaya çıxdı. Oksford universitetinin məlumatına görə, dərmanın tənəffüs cihazına bağlı xəstələrin ölüm səviyyəsi yüzdə 40-dan 28-ə düşüb. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu rəqəm yüzdə 25-dən 20-yə enib. Bu indiyədək ölüm səviyyəsini azaldan tək dərmandır" - deyə əlavə edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR