Burada sizin reklamınız ola bilər

Saraydakı modul xəstəxanada koronaviruslu xəstələrin müalicəsinə başlanıldı
30 İyun 2020 , 17:22

Saraydakı modul xəstəxanada koronaviruslu xəstələrin müalicəsinə başlanıldı


Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxanada COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsinə başlanılıb. 

 

Primetime.az xəbər verir ki, sözügedən müalicə müəssisəsində quraşdırılan avadanlıqlar koronavirusa tutulmuş insanların tez bir zamanda sağalmasına imkan verir.  

 

Qeyd edək ki, cari ilin iyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Onların arasında Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi də yer alır. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. 

 

Məlumat üçün bildirək ki, modul tipli xəstəxananın qurulması üçün mütəxəssislər Türkiyədən dəvət olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR