Burada sizin reklamınız ola bilər

Bakı şəhər sakinindən iki kiloqramdan çox heroin götürüldü
30 İyun 2020 , 17:45

Bakı şəhər sakinindən iki kiloqramdan çox heroin götürüldü


Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primetime.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonunun ərazisində Bakı şəhər sakini E.Xudiyevdən 2 kiloqram 35 qram heroin götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR