Burada sizin reklamınız ola bilər

Hərbi liseylərə sənəd qəbulu başa çatıb
30 İyun 2020 , 19:51

Hərbi liseylərə sənəd qəbulu başa çatıb


Hərbi liseylərə sənəd qəbulu başa çatıb.

 

Primetime.az-ın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, sənəd qəbulu bu gün saat 18:00-da başa çatıb. 

 

Qeyd edək ki, hərbi liseylərə qəbul üçün namizədlər müraciət etdikləri hərbi liseydə yaradılmış komissiyada hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.

 

Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3” dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.

 

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

 

– Azərbaycan dili;

– riyaziyyat;

– fizika;

– kimya.

 

Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər. Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində və bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR