Burada sizin reklamınız ola bilər

Nikah günü polisə zəng etdi:
30 İyun 2020 , 20:21

Nikah günü polisə zəng etdi: "Məni zorla evləndirirlər"


Türkiyədə üzücü bir olay yaşanıb. 


Primetime.az xəbər verir ki, 22 yaşlı Ceylan Beyazkaya adlı bir qız nikah günü polisə zəng edərək zorla evləndirildiyini bildirib. Nikaha gələn polislər ailəni nəzarətə alıb. Qızın ifadəsini dinləyən polislər, daha sonra qızı qoruma altına alıb. 


Ceyla ifadəsində bildirib ki, onun sevdiyi oğlan hazırda əsgərlikdədir. Anası isə onu zorla istəmədiyi bir oğlana ərə verməyə çalışıb. Nikaha zorla aparılan qız nikah salonunda fürsət tapıb polisə zəng edərək şikayət edib. Ceylan ailəsi istəmədiyi evliliyi gerçəkləşdirməsi üçün israr edərsə, sığınma evinə gedəcəyini bildirib.


Fakt araşdırılır. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR