Burada sizin reklamınız ola bilər

AzTU-da ilk dəfə onlayn “Məzun günü” keçirildi
30 İyun 2020 , 20:30

AzTU-da ilk dəfə onlayn “Məzun günü” keçirildi


Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə onlayn “Məzun günü” keçirilib.

 

AzTU-dan Primetime.az-a bildirilib ki, "Məzun günü" universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirakı ilə ZOOM proqramı üzərindən təşkil edilib. Əvvəlcə rektor Vilayət Vəliyevin videotəbriki nümayiş olunub. Dekanlar və professor-müəllim heyəti tələbələrə təbiklərini və arzularını çatdırıb.

 

Görüşdə tələbələrin “Məzun günü” münasibətilə hazırladıqları video da təqdim olunub.

 

Bildirilib ki, universitetin 19 əlaçı və fəal məzunu fəxri fərmanla təltif edilib.

 

Qeyd edək ki, bu il AzTU-nu 1643 tələbə bakalavr, 311 tələbə isə magistr dərəcəsi alaraq bitirir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR