Burada sizin reklamınız ola bilər


30 İyun 2020 , 22:50

"Toplumun 60-70 faizi yoluxmalıdır ki, virus zəifləsin"


"Karantin rejiminin sərtləşdirilməsi heç bir dövlətə, onun iqtisadiyyatına, eləcə də heç bir həkimə sərf edən məsələ deyil. Önəmli olan birinci xəstəlik sayını azaltmaqdır". 

 

Primetime.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev  "Real İntevryu"da qonaq olarkən deyib.

 

O bildirib ki, karantin rejiminin uzadılması əslində insanların sağlamlığına yönəlmiş addımdır:

 

"İlk olaraq biz ancaq yoluxmanı önləyə bilərik. Karantin rejimi sərtləşdirilməsə, yoluxma halları davam edəcək. Bunun qarşısını almaq üçün ya peyvənd olmalıdır, ya da insanlar təbii yolla yoluxmalıdırlar. Önəmli olan yoluxmanın nəzarətimiz altında olmasıdır. Ara-sıra sərt karantin rejiminin olması labüddür. Toplumun 60-70 faizi yoluxmadığı müddətdə bu pandemiyanın qarşısını almaq qeyri-mümkündür".  

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR