Burada sizin reklamınız ola bilər

Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
01 İyul 2020 , 09:23

Gömrükdən gizlədilən siqaretlər aşkarlandı


Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 3 fakt üzrə 5000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Primetime.az-a bildirilib ki, Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının “MAN”, “Mercedes Benz Actors” və Türkiyə vətəndaşının “DAF” markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən ümumilikdə 5000 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR