Burada sizin reklamınız ola bilər


01 İyul 2020 , 23:04

"Ciddi-ciddi məni "yuyub-sərirlər"


Müğənni Nigar Camal İnstaqramdakı paylaşımı ilə izləyicilərin qəzəbinə səbəb olub. 

 

Primetime.az xəbər verir ki, ifaçı təyyarədə olarkən çəkdirdiyi fotonu "Getdik" başlığı ilə paylaşıb. İzləyicilər isə onun sərhədlər bağlı olduğu halda hara getməsini müzakirə edib.

 

 Daha sonra məlum olub ki, sənətçi həmkarı Eldar Qasımovla birgə çəkiliş üçün təyyarədə olub. O, prosesdən görüntüləri paylaşaraq onu tənqid edənlərə cavab verib:

 

"Dünən "Londona gedirəm" deyə paylaşım etdim. İnsanların reaksiyası maraqlı idi... Baxıram ki, ciddi-ciddi məni  "yuyub-sərirlər". Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?"


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR