Burada sizin reklamınız ola bilər

Lerikdə avtomobil dərəyə aşdı
02 İyul 2020 , 10:09

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü


Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

 

Primetime.az xəbər verir ki, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR