Burada sizin reklamınız ola bilər

Azərbaycanda manatla pul bazası artıb
02 İyul 2020 , 10:19

Azərbaycanda manatla pul bazası artıb


Bu ilin iyulun 1-nə Azərbaycanda manatla pul bazası 11 251,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 330,6 mln. manat və ya 3% artıb.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) Primetime.az-a verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 900,7 mln. manat və ya 7,4% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 874,9 mln. manat və ya 8,4% artıb.

 

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR