Burada sizin reklamınız ola bilər

3 ölkədə son sutkada 2.213 nəfər Kovid-19 qurbanı oldu
02 İyul 2020 , 10:45

3 ölkədə son sutkada 2.213 nəfər Kovid-19 qurbanı oldu


Dünya miqyasında yoluxma sayının azaldığı görülən yeni tip koronavirusun Braziliya, Meksika və Hindistandakı təsiri davam edir.

 

Primetime.az xəbər verir ki, bu 3 ölkədə son 24 saatda ümumilikdə 2.213 nəfər həyatını itirib. Belə ki, Kovid-19 nəticəsində Braziliyada 1038 nəfər, Meksikada 741 nəfər, Hindistanda isə 434 nəfər ölüb. 

 

Braziliya Səhiyyə nazirliyinin məlumatına görə, koronavirus nəticəsində ölənlərin sayı 60.632-yə, virusa yoluxanların sayı isə 1.448.753-ə yüksəlib. Meksikada isə bu səbəblə 28.510 nəfər ölüb, 231.770 nəfər virusa yoluxub.

 

Hindistan Səhiyyə nazirliyindən verilən açıqlamaya görə, ölkədə Kovid-19 qurbanlarının sayı 17.834-ə, virusa yoluxanların sayı isə 359.860-a çatıb. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR