Burada sizin reklamınız ola bilər

O da Premyer Liqada hakimlik edəcək
02 İyul 2020 , 19:09

O da Premyer Liqada hakimlik edəcək


AFFA Hakimlər Komitəsi 2020/21 mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.

 

Primetime.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bildirilib ki, Rəşad Əhmədov Premyer Liqa referisi, Kamran Bayramov isə köməkçi kimi təsdiqlənib.

 

Bundan başqa, Tural Qurbanov Birinci divizion matçlarına baş hakim, Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov isə köməkçi kimi təyin olunacaqlar.

 

Qeyd edək ki, Rəşad Əhmədov sabiq FİFA referisi Rövşən Əhmədovun oğludur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR