Burada sizin reklamınız ola bilər


03 İyul 2020 , 23:06

"Oxuyan kimi cərimə yazırlar" - Tanınmış müğənnimizin fəryadı - VİDEO


"Elə dövrdür ki, oxuya bilmirik. Oxuyan kimi, çağırıb cərimə yazırlar. Qəribə bir dövrdəyik, çıxıb oxuyursan, polis yığır ki, gəl bura. Musiqiçiləri yığıb məşq də edə bilmirəm. Deyəcəklər, sosial məsafə qorunmayıb. Heç yerdə oxumaq olmaz".

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov İnstaqramda canlı yayımda deyib. Sənətçi bir müddət əvvəl istirahət mərkəzlərindən birində səhnəyə çıxması və karantin qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirib:

 

"Bu qaydalar ancaq müğənnilərə aiddir? Marketə gedirəm, işçilər maska taxmır. Bu yaxınlarda marketdə baxıram ki, kassada təcili yardım işçiləri dayanıb, maska, əlcək yoxdur. İstədim sosial şəbəkədə paylaşım, sonra etmədim. Avtobuslarda insanlar bir-birinə yapışır, məsafə qorunmur".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR