Burada sizin reklamınız ola bilər

Epşteynə qızları tapan Maksvel saxlanıldı
03 İyul 2020 , 16:23

Epşteynə qızları tapan Maksvel saxlanıldı - FOTOLAR


ABŞ-da 18 yaşından kiçik qızlara təcavüz edən Epşteyn skandalının ən önəmli ikinci siması Qişleyn Maksvel saxlanılıb.

 

Primetime.az xəbər verir ki, Epşteynin intihar etdiyi həbsxanaya aparılması gözlənilən Maksvel üçün "bu dəfə sağ tutun və məhkəməyə çıxarın" çağırışı edilib. Verilən məlumata görə, Epşteynin keçmiş sevgilisi Maksvel Nyu Hampşayrdakı evində nəzarət altına alınıb. 58 yaşlı Maksvelin saxlanılmasından sonra bir mətbuat konfransı keçirilib. 

 

Prokuror Straus "Maksvel 1994-1997-ci illərdə Epşteynin təcavüz etdiyi 18 yaşından kiçik qızların tapılması, yer seçilməsi və onların bir araya gəlməsində rol oynayıb. Qızların güvənini qazanıb, onların dostu kimi davranır, kinoteatra aparıb ailələri ilə maraqlanırdı. Güvənə biləcəkləri bir qadın kimi davranırdı" - deyə qeyd edib. Prokurorluq sözügedən hadisələrin Nyu York, Palm Beach, Florida, Santa Fe, Nyu Mexiko və Londonda baş tutduğunu açıqlayıb. 

 

Qeyd edilib ki, Qişleyn Maksvel günahkar görüləcəyi təqdirdə 35 il müddətinə azadlıqdan məhrum edilə bilər.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR